Ötən axşam keçirilən “Best Model of Azerbaijan 2022” müsabiqənin finalında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, sözügedən yarışmada Liza Uzunun birincilik əldə etməsi, digər iştirakçılar tərəfindən etirazla qarşılanıb.
Belə ki, digər iştirakçı modellər Rufanə Kamilova və Nigar Süleymanlı həm səhnədə həm də sosial şəbəkə hesablarında müsabiqəni boykot ediblər.
Modellərin etirazlarına səbəb isə qalib olan Liza Uzunun bədən ölçülərinin yarışmanın qaydaları ilə ziddiyət təşki etməsi olub. Onlar iddia ediblər ki, L.Uzunun boyu 1.55 sm-dir. O, eyni zamanda azərbaycanlı deyil, gürcüstanlıdır. Lakin təşkilat komitəsi bu məsələlərə göz yumub və onu birinci edib.
Sosial şəbəkədə qalmaqallı olayın videogörüntüləri də yayılıb. Kadrlarda bir sıra modellər “Best Model of Azerbaijan 2022”nin milli direktoru Elxan Paşayevə qalibin düzgün seçilmədiyini bildirərək, səhnəni tərk ediblər.
Rəşad Əliyev, Bizim.Media