Nura “Altın Kelebek”i tənqid etdi: “Azərbaycanın sevilən “şarkıcısı” nə idi? - FOTO

Hazırda oxunan: Nura “Altın Kelebek”i tənqid etdi: “Azərbaycanın sevilən “şarkıcısı” nə idi? - FOTO

107971

Xəbər verdiyimiz kimi, ötən axşam azərbaycanlı ulduzların da iştirakı ilə Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, müğənni Nura Suri sözügedən mükafatlandırma mərasimi ilə bağlı sosial şəbəkə hesabında tənqidedici post paylaşıb. 

Sənətçi təşkilatçılar tərəfindən Xalq artistlərimizin səhnəyə düzgün olmayan formada çağırılmasına etiraz edib:

“Ölkə xaricinə tədbirə gedən hər kəs Azərbaycanı təmsil edir. Bu səbəbdən mütləq onların görünüşü, geyimi, danışığı peşəkarlar tərəfindən əvvəlcədən düşünülüb hazırlanmalıdır.  

Şəxsi fikrimdir, razılaşmaq məcburiyyətində deyilsiniz. Bu tədbirlərdə Azərbaycanın Xalq artistlərini də təşkilatçılar səviyyəli şəkildə təqdim etməlidirlər.  

Aygün Kazımovanı da, Röya Ayxanı da elə təqdim etmək olmaz. Biz türk qardaşlarımızı, sənətçiləri hörmətlə təqdim edirik.  “Azərbaycanın sevilən “şarkıcısı” nə idi? Niyə də? Azərbaycanın Xalq artisti, ən  məşhur sənətçisi və sairə kimi cümlələr deyilə bilərdi” . 
Qeyd edək ki, ötən gecə baş tutan tədbirdə aparıcılar Xalq artisti Röya Ayxanı “Azərbaycanın sevilən “şarkıcısı” kimi təqdim edərək, səhnəyə mükafat verməyə dəvət ediblər.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin