Küçədə dava edən Qriqori Lepsi 4 aya qədər HƏBS GÖZLƏYİR - VİDEO

Hazırda oxunan: Küçədə dava edən Qriqori Lepsi 4 aya qədər HƏBS GÖZLƏYİR - VİDEO

107948

Dekabrın 5-nə keçən gecə Rusiyanın Xalq artisti Qriqori Lepslə Sankt-Peterburq sakini arasında ciddi münaqişə baş verib. 

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə tərəflər arasında küçədə baş verən davanın görüntüləri yayılıb. 

39 yaşlı Dmitri əmin edir ki, dava zamanı bir sıra xəsarətlər alıb. Onun iddiasına görə, burnu qırılıb və bədənində qançırlar əmələ gəlib.  

Qarşı tərəf sənətçi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

“2-ci zərərçəkən şəxs Leps və onun mühafizəçisi tərəfindən döyülüb”, - deyə vəkil Yevgeni Heyfets bildirib. 

Bu gün məlum olub ki, insidentlə bağlı cinayət işi başlanıb. Lepsi hazırda 40 min cərimə (təxminən 1100 manat) və ya 4 aya qədər həbs cəzası gözləyir.  
Qeyd edək ki, münaqişə Sankt-Peterburqdakı barların birində baş verib. Dmitrinin sözlərinə görə, sərxoş vəziyyətdə olan Qriqori onunla 10 min dollara nərd oynamağı tələb etməyə başlayıb. İddialara görə, imtina alan sənətçi qəzəblənib. 

Digər versiyaya görə, həmin şəxs özü sərxoş olub və müğənnini israrla təhqir edib. Leps gərgin vəziyyəti sülh yolu ilə həll etməyə çalışıb. Sosial şəbəkədə sənətçinin sözlərini təsdiqləyən kadrlar da var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin