Aktrisa Sonaxanımla qardaşı canlı efirdə DALAŞDI: “Anamızı sən öldürmüsən” - VİDEO

Hazırda oxunan: Aktrisa Sonaxanımla qardaşı canlı efirdə DALAŞDI: “Anamızı sən öldürmüsən” - VİDEO

107881

“Bacım Sonaxanımla mənim arama heç kim girməyib. Həyat yoldaşım onun qızı Nərgizi böyüdüb. Sənin övladını mən yedizdirib, içizdirmişəm. Toy saat 12-də bitirdi, bacım isə səhərə yaxın saat 04:00-da evə gəlirdi. Uşağından xəbəri yox idi ki, acdır yoxsa, toxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyevanın qardaşı Rüfət bəy telefon vasitəsi ilə “Təsir dairəsi” ictimai-sosial verilişinin canlı efirinə qoşularkən deyib.  

Mərhum anaları Minaxanımdan qalan evi bölüşdürə bilməyən bacı-qardaş münasibətlərini proqramda həll etməyə çalışıb. Aktrisanın qardaşı analarının ölümündə bacısını günahlandırıb:

“Evimizin qiymətləndirməsi olmayıb. Çünki hələ bu məsələ məhkəməyə qədər gəlib çıxmayıb. Onunla heç vaxt barışmayacağam. O anamı öldürüb, küçəyə atıb. Sonra efirə çıxıb deyir ki, anam mənim üçün çoxdan ölüb. Sənin qardaşın yoxdur. Anaya baxmaq lazım olanda onu atdın küçəyə. Vəkilimlə studiyaya da gələcəyəm. Anamın ürək damarı partladı, ona görə də dünyasını dəyişdi. Efirlərə çıxıb, ananın arxasınca danışırdın”.

Sonaxanım qardaşının “anamın ürək damarı partladı öldü” sözlərinə etiraz edərək, studiyada əyləşən qızı Nərgizdən anasının ölüm kağızını gətirməsini istəyib. Aktrisa bildirib ki, anası koronavirusdan vəfat edib.  
Bacısının bu sözlərinə isə Rüfət bəy “əgər anam koronavirusdan dünyasını dəyişsəydi, o zaman 14 günlük karantin olardı. Niyə etmədilər? Yası da evdə mən keçirdim. Anamın ölüm kağızını “Asan Xidmət”dən götürdüm. Sənin başına hava gəlib” - deyə əsəbi halda cavab verib. 

Daha sonra isə Sonaxanım “ayın 20-si anam artıq koronavirusa yoluxmuşdu və bu virusa yoluxduğu ilə bağlı 27 saylı poliklinikada qeydiyyatı var idi” deyərək fikirlərini ifadə edib.

Verilişin gedişatında Rüfət bəy anasının ürəyində damar partlamasından deyil, aktrisa bacısının söylədiyi kimi koronavirusdan vəfat etdiyini təsdiqləyib.

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin