“Oğlum və gəlinimlə bir yerdə yaşamaq fikrim yoxdur. Onlar ayrı yaşayacaqlar”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Zaurla Günaydın” səhər şousunda deyib.
Xatun bildirib ki, o, “Yeni Yasamal”da yaşadığı mənzili yeni evlənən oğlu ilə gəlininə verib:
“Onlara iki otaqlı ev almaq istəyirdim. Mənzilin açarlarını gəlinimə verib içini özünün doldurmasını istəyirdim. İndi qaldığımız evi çox əziyyətlə aldım. Rəhmətlik qardaşım Balaş deyirdi ki, bahalı təmir elətdir. Ona söyləyirdim ki, filan mebel var, qiyməti isə 13 min manatdır. Çox bahalıdır. Cavabında deyirdi ki, bu işi başlamısansa, ardını da gətir. Oğlumla gəlinimə verdiyim bu ev neoklassik üslubundadır. Mən modern üslubunda ulduz evi istəyirəm. Ona görə özümə yeni ev aldım. Hazırda orada təmir işləri gedir”.
Sənətçi açıqlamasında yeddi evinin olduğunu vurğulayıb:
“Artıq yeddinci evdir ki, alıb təmir etdirirəm. Bir evim Məştəğada, bir evim Dəvəçidədir. Alnıma yazılıb ki, ev təmiri işləri ilə məşğul olum”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:55 / 05.12.2022
Xatundan ETİRAF: “7 evim var” - VİDEO
Hazırda oxunan: Xatundan ETİRAF: “7 evim var” - VİDEO
Hazırda oxunan: Xatundan ETİRAF: “7 evim var” - VİDEO
107867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.