"Altın Kelebek"də Azərbaycan ulduzları geyimləri ilə TƏƏCCÜBLƏNDİRDİLƏR - VİDEO

Hazırda oxunan: "Altın Kelebek"də Azərbaycan ulduzları geyimləri ilə TƏƏCCÜBLƏNDİRDİLƏR - VİDEO

107832

Xəbər verdiyimiz kimi, Türkiyənin nüfuzlu mükafatlanma mərasimi "Altın Kelebek" başlayıb.

Bizim.Media xəbər verir ki, sözügedən mərasimdə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə mükafat uğrunda mübarizə aparan aparıcı və aktrisa Türanə Hüseynli, müğənnilər Nazryn və Ayaz Babayev qırmızı xalı üzərində keçid ediblər.

Ulduzların bərq vurduğu gecədə Azərbaycan üzrə olan hissənin aparıcılığı Afaq Gəncəliyə həvalə edilib. Hər üç namizədimizin geyimləri ayrı-ayrılıqda diqqət çəkib.
Türanənin seçimi uzun, öndən dizə qədər uzanan yarıqlı qara libas olub. Gənc aktrisa sol qolunu qızılı rəngdə "robot qolu"nu xatırladan barmaqlarına qədər uzanan detal bəzəyib.

Müğənni Nazrynin də Türanə ilə rəng seçimi eyni olub. Diqqət çəkən detal isə qara libasın sinədən qola qədər uzanan və öndən bir ayaq hissəsinin qızılı tonda olan detal olub.

Ayaz isə üzərinə qara rəngdə üzəri kiçik "Swarovski" daşlarla bəzədilmiş sinə hissəsi açıq köynək və eyni rəngdə atlas parçadan hazırlanmış beli yüksək şalvar geyinib. Babayev müsahibəsində bu geyimin 10 min manata ərsəyə gəldiyini açıqlayıb.

Gecədə özəl qonaq qismində iştirak edən Xalq artisti Röya Ayxan isə imici və geyim tərzi ilə təəccübləndirməyi bacarıb.

Bir neçə gündür açıq şabaladı rəngli saçlarını narıncıya boyadan sənətçi həmin rəngdə də qısa, sinə dekolteli libas geyinib. İfaçının boynuna taxdığı qızılı boyunmağı isə obrazına şuxluq qatıb.
"Altın Kelebek" səhnəsində "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə qalibə mükafatı isə Xalq artisti Röya Ayxan verəcək.

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin