Xalq artisti Aftandil İsrafilovun səhhəti qəfildən yenidən ağırlaşıb və təcili xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı bildirib ki, həkimlər "Şöhrət" ordenli sənətkarın sağlamlıq vəziyyətinin ağır olduğunu söyləyiblər.
N. Məmmədov 81 yaşlı qarmon ustadının hansı xəstəliklə mübarizə apardığını bildirməsə də müalicəsi üçün yüksək məbləğə ehtiyac olduğunu bu sözlərlə diqqətə çatdırıb: "Xərc çox, ümid az. Kömək etmək istəyənlər üçün qapı açıqdır. Təki sənətkar ayağa qalxsın ... Təki onu xilas edək!".
Qeyd edək ki, Aftandil İsrafilov bir neçə həftə əvvəl yerli tibb ocaqlarıın birində cərrahiyyə əməliyyatı keçirmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
01:00 / 03.12.2022
Qəfil səhhəti pisləşən Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib - FOTO
Hazırda oxunan: Qəfil səhhəti pisləşən Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib - FOTO
Hazırda oxunan: Qəfil səhhəti pisləşən Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib - FOTO
107608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.