Murad Arif “Altın Kelebek”i BİABIR ETDİ: “Mükafat azərbaycanlı məşhurlara qazanc məqsədi ilə  verilir” – FOTO

Hazırda oxunan: Murad Arif “Altın Kelebek”i BİABIR ETDİ: “Mükafat azərbaycanlı məşhurlara qazanc məqsədi ilə  verilir” – FOTO

107463

“Rəzalətin kiçik forması hələ də davam etməkdədir. “Altın Kelebek” Türkiyədə müxtəlif kateqoriyalarla sənət və sənətçiləri dəyərləndirir. İlin serialı, filmi, mahnısı, klipi, müğənnisi, maqazin verilişi və s. 

Bizim.Media xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif “Facebook”da paylaşdığı postda yazıb. 

Türkiyənin “Altın Kelebek”i sərt şəkildə tənqid edən sənətçi bildirib ki, bu mükafat azərbaycanlı məşhurlara yalnız qazanc məqsədi ilə verilir. 

“Bu sənət nominasiyalarının içində bir dənə (qazanc yeri kimi) “Azərbaycanın ulduzu” nominasiyasını açıblar. Hər il Azərbaycandan sanki saç seçirlər. Eyni kateqoriyada (qadınlı-kişili) müğənni, aktrisa, rəqqasə, aparıcı, bir-birinə aidiyyəti olmayan adamları “soxuşdurmaq”?! Zənnimcə mən də, Hiss də, konkret bir məsələyə aidiyyəti olmayan bu “təki olsun” kateqoriyasını boykot etməkdə haqlıyıq. “Altın kelebek”, “Azerbaycanın starı” nədi?! Ya Azərbaycanın müğənnisi, aktyoru, modeli, aparıcısı nominasiyası edin, ya da bu rəzaləti hər il yaşatmayın qardaş ölkəyə...”

Xatırladaq ki, ötən axşam Bakıda “Altın Kelebek”lə bağlı tanıtım konserti keçirilib. Azərbaycanlı namizədlər Turanə Hüseynli, Ayaz Babayev və Nəzrin dekabrın 4-də Türkiyədə baş tutacaq sözügedən mərasimdə iştirak edəcəklər. 
Qeyd edək ki, 3 il əvvəl Türkiyənin sayca 46-cı “Altın Kelebek”də azərbaycanlı namizədlərin arasında yer alan Murad Arif mükafatlandırma mərasimində iştirakdan imtina edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin