“Qara Cümə”də Bülənt Ərsoy 286 min XƏRCLƏDİ - FOTO

Hazırda oxunan: “Qara Cümə”də Bülənt Ərsoy 286 min XƏRCLƏDİ - FOTO

107272

“Qara Cümə” satışlarına bütün dünyada milyardlarla dollar xərclənib. Həmin günlərdə alış-veriş çılğınlığına düşənlərdən biri də lüks xərcləri ilə tanınan Türk sənət musiqisinin divası Bülənt Ərsoy olub.

Bizim.Media xəbər verir ki, sənətkar 3 gün ticarət mərkəzində alış-veriş edib. Və aldığı məhsullara “sərvət” xərcləyib desək, heç də yanılmarıq.

Bülənt Ərsoy 24 və 27 noyabr tarixlərində etdiyi alış-verişə ümumilikdə 286 min lirə (təxminən 26 min manat) xərcləyib.

Dəriyə qulluq və kosmetika məhsulları və Milad bəzəkləri almaq üçün pul kisəsinin ağzını açan sənətçi qocalma əleyhinə kremlərə 65 min lirə (təxminən 5928 manat), nəmləndirici kremlərə 30 min lirə (təxminən 2736 manat), 12 ədəd ətirə 41 min lirə (təxminən 3739 manat), 1 cüt ayaqqabıya 19 min 950 lirə (təxminən 1819 manat) ödəyib.  

Məhsullara ödənilən çeklərin fotoları sosial şəbəkələrə yayılıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin