Şəbnəm Vəfa ilə canlı efirdə ÜZ-ÜZƏ GƏLDİ - VİDEO

Hazırda oxunan: Şəbnəm Vəfa ilə canlı efirdə ÜZ-ÜZƏ GƏLDİ - VİDEO

107236

Xəbər verdiyimiz kimi, müğənni Vəfa Şərifova “Zaurla Günaydın” səhər şousuna küsülü olan həmkarı Şəbnəm Tovuzluya barışıq jesti olaraq qızı üçün bahalı cehizlik yollayıb. Şəbnəm isə Vəfanın bu addımına qarşılıq verərək, aralarında yaşanan incikliyin bitdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, “Həmin Zaur” axşam şousunun aparıcısı Zaur Kamal Şəbnəmlə canlı video bağlantı yaradaraq, verilişində qonaq olan Vəfa ilə üzləşdirib.

Birbaşa yayımda Şəbnəm Vəfa ilə bağlı bunları söyləyib:

“Vəfa ilə heç bir düşmənçiliyim yoxdur. Sağlam rəqabətdir. Düşmənimiz bizi istəməyəndir. Hər şey yaxşıdır. Hədiyyə göndərdiyinə görə də, çox sağ olsun. Gün o gün olsun ki, mən də onun övladının xoş gününə hədiyyə göndərim.
Lap həmin hədiyyəni əlimə alıb, Vəfanın evinə gedim. Onun övladlarının xeyir işini görüm. Başqa ona nə arzu edə bilərəm. Ürəyimdə kin yoxdur. Nə varsa dilimdə var. Danışmağım, coşmağım var. İdeal insan yoxdur. Hamımızın səhvi olur. Amma ürəyi təmiz insanam və kinim yoxdur. Bilirəm ki, Vəfa da mənim kimidir. Oldu, keçdi”.

Aparıcının “Şəbnəm Vəfanı qızın Günelin toyuna çağıracaqsan?” sualına müğənni “Niyə çağırmayım? Düşmən deyilik ki,... Gəlsə də, gəlməsə də sağ olsun. Heç zaman “qanlı bıçaq” olmamışıq. Böyük bir problemimiz, davamız olmayıb” deyə cavabını verib. 

Qeyd edək ki, Vəfa Şərifova illər əvvəl Şəbnəm Tovuzlu ilə böyük qalmaqal yaşayıb. İki xanım sənətçi arasındakı qalmaqala səbəb adı mətbuatda hallanan Famil Xəlilov adlı iş adamıdır.
Belə ki, Famil illər öncə Ş.Tovuzlu ilə vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar.

Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifova ilə münasibətə başlayıb və onunla ailə həyatı qurub. Bir neçə ay əvvəl isə cütlüyün bu nikahından oğlu dünyaya gəlib. Vəfanın Məryəm adında bir qızı da var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin