Ayaqları yara tökən məşhur qiraətçi xəstəxanaya yerləşdirildi – VİDEO 

Hazırda oxunan: Ayaqları yara tökən məşhur qiraətçi xəstəxanaya yerləşdirildi – VİDEO 

107186

Məşhur meyxana ustadı və qəzəlxan Mahir Cürətin səhhətində ciddi problem yaranıb.

Bizim.Media xəbər verir ki, sənətkarın ayaqlarında yaranan yaralar çoxalaraq, ağırlaşıb.

Bunun nəticəsində isə Cürətin yeriməyi məhdudlaşıb. Qəzəlxana yardım məqsədi ilə "Bizimləsən" ictimai-sosial verilişin çəkiliş heyəti, təcili yardım ilə birlikdə Mahir Cürətin evinə yollanıb.

Həkim sənətkarı müayinə edib. Evdə müayinə bitdikdən sonra meyxana ustadını M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirmək qərara alınıb. M.Cürət təcili yardım avtomobilinə əyləşdiyi zaman üşüdüyünü və özünü halsız hiss etdiyini dili gətirib: "Üşüyürəm. Ayaqlarımın bu vəziyyəti mənə üşütmə verir. Zaur Allah köməyin olsun. Zəhmət çəkmisiniz. Dərmanda acıdır, dərd də acıdır".
Mərkəzə çatdırıldıqdan sonra təkrar həkim sənətkarı müayinə edib. Atasını bir dəqiqə də belə olsun diqqətdən kənarda qoymayan Mahir Cürətin oğlu valideyninin səhhəti ilə bağlı bunları söyləyib:

"Atamın sağlıq vəziyyəti yaxşı olmur. Tez-tez dəyişir. Biz üç övladıq. Bir mən və iki bacım var. Atam çox sakit insandır. Sadəcə bu xəstəlik onun əsəb sistemini pozub. Yaraları onun əsəblərinə toxunub. Biz heç kimdən heçnə ummuruq və gözləmirik. Onun tələbələri var. Coratdan meyxanaçı Balabey. O, atama baş çəkir, səhhəti ilə maraqlanır. Nənəmdə atamdan çox nigarandır".

Daha sonra bildirilib ki, təkrar müayinə zamanı Mahir Cürətə həkim əsəb sakitləşdirici iynə vurub və onunla profilaktik söhbətlər aparıb. Həmin anlar isə ATV-nin canlı efirində birbaşa tamaşaçılara nümayiş olunub.

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin