Xəzər Televiziyasında yayımlanan "Təsir dairəsi" ictimai-sosial verilişdə ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva ilə şair və jurnalist Anar Vəziroğlu arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, canlı yayım zamanı tərəflər arasında mübahisə düşüb.
Şair oturduğu kürsüdən ayağa qalxaraq "Özünü vəkil hesab edən qadın. Bu qadında ləyaqət yoxdur", deyərək gözlənilmədən vəkilin üzərinə su atıb. Bundan sonra A.Vəziroğlu əsəblərinə hakim ola bilməyib və Ş.Nağıyevanın üzərinə yeriyib.
Bu anda isə studiyada əyləşən digər ekspert və verilişin çəkiliş heyəti şairi studiyadan uzaqlaşdırmağa nail olublar.
Vəkil Şəfiqə Nağıyeva isə qarşı tərəfə "Tərbiyəsiz, əxlaqsız", sözlərini söylərək hiddətlənib. Proqramın aparıcısı Lalə Azərtaş vəkili sakitləşdirməyə çalışıb. O, "Bu canlı efir idi və mənə qarşı hörmətsizlik idi, Şəfiqə xanıma deyil", deyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:21 / 30.11.2022
Ekspertlər arasında DAVA: Şəfiqə Nağıyevanı təhqir edib, üzərinə su atdı - VİDEO
Hazırda oxunan: Ekspertlər arasında DAVA: Şəfiqə Nağıyevanı təhqir edib, üzərinə su atdı - VİDEO
Hazırda oxunan: Ekspertlər arasında DAVA: Şəfiqə Nağıyevanı təhqir edib, üzərinə su atdı - VİDEO
107167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.