Rusiyanın Xalq artisti Filipp Kirkorovla həmkarı Sergey Lazarevi uşaq alverində ittiham ediblər.
Bizim.Media xəbər verir ki, Dövlət Dumasının deputatı Nina Ostanina qeyd edib ki, Rusiyada uşaq alveri qadağandır.
Bununla əlaqədar o, məşhur ifaçılara müraciət ünvanlayıb.
“Mən Kirkorova və Lazarevə qarşı deyiləm, qoy yaşasınlar, oxusunlar və sağlam olsunlar. Mən ailələrdə uşaq sahibi olmağın qeyri-ənənəvi üsulunun təbliğinin əleyhinəyəm. Lazarev də Kirkorov kimi övlad sahibi ola bilməyiblər. Onlar isə öz uşaqlarını “ala biləcək”lərini nümayişkaranə göstərirlər. Bu, qeyri-ənənəvi dəyərlərin təbliğidir” deyə Ostanina “Radiotochka NSN”ə müsahibəsində bildirib.
Ostaninanın sözlərinə görə, surroqat anaların pullu xidmətləri uşaq alveri kimidir.
Eyni zamanda, deputat səhhətinə görə uşaq sahibi ola bilmədiyi üçün bu üsula əl atan cütlüklərə necə münasibət bəslədiyini açıqlamayıb.
Qeyd edək ki, 55 yaşlı Filipp Kirkorovun surroqat ana vasitəsi ilə iki övladı – 10 yaşlı Martin adlı oğlu və Alla-Viktoriya adlı qızı var. Sergey Lazarev də surroqat ana vasitəsi ilə iki övlada sahiblənib. Müğənni 2013-cü ildə ilk dəfə ata olub. O, doğulan oğlan övladına Nikita adını verib. 2018-ci ildə isə Lazarev qız atası olub. Sergey qızına Anna adını verib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:51 / 30.11.2022
Kirkorov və Lazarev uşaq alverində İTTİHAM OLUNUR - FOTO
Hazırda oxunan: Kirkorov və Lazarev uşaq alverində İTTİHAM OLUNUR - FOTO
Hazırda oxunan: Kirkorov və Lazarev uşaq alverində İTTİHAM OLUNUR - FOTO
107054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.