Nadir ifaçı oğlundan gileyləndi: "Özünü ulduz sayır, çox tənbəldir" - VİDEO 

Hazırda oxunan: Nadir ifaçı oğlundan gileyləndi: "Özünü ulduz sayır, çox tənbəldir" - VİDEO 

106995

"Bu sənəti ya sevirsən, ya da ki sevmirsən. Ya bu sənətdəsən, ya da deyilsən. Artıq 50 yaşımı haqlamışam. Günü bu gün də repertuar baxımından axtarışdayam. Səsyazma studiyalarında qalıb, aranjimanlar edirik. Musiqiçilərlə layihələr etmək istəyirəm. Zamanla ayaqlaşmağa çalışıram". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu "7 canlı" axşam şousunda deyib.  

Proqramda kiçik oğlu Əzizdən söz açan sənətçi bildirib ki, o artıq özünü ulduz sayır. Nadir müğənni övladının tənbəl olmasından da gileylənib:

“Amma elə gənclər var ki, kiçik oğlum Əziz də həmçinin, çox arxayındır özünə. O, bir mahnı ifa etməklə düşünür ki, ulduzdur. Deyir ki, mən ulduzam. Ona söyləyirəm ki, 1982-ci ildən 2022-ci ilə qədər hesablasam 40 ildir ki, bu sənətdəyəm. Amma özümə bu qədər arxayın deyiləm. Hələ də heç nə etmədiyimi düşünürəm. Əzizə söyləyirəm ki, nə tez oldu sənin bu arxayınçılığın. Bu saat sən səsyazma studiyalarını gəzib yeni mahnılar yazdırıb, davamlı nəğmələr axtarışında olmalısan. Axı, sən gəncsən.

Əziz "TikTok"da və "Instagram"da çox aktivdir. Videolar çəkib paylaşır, amma tənbəldir. Onun üçün efirlərə, verilişlərə çıxmaq problemi yoxdur. Çünki Əzizin adının yanında atası Nadir Qafarzadə var. Amma zaman gedir, bilmirsən sabah ata var, o biri gün isə yox. Buna görə də arxayın olmaq olmaz". 
Qeyd edək ki, Sevinc adlı xanımla evli olan Nadir Qafarzadənin bu nikahdan Loğman və Əziz adlı övladları var. Kiçik oğlu Əziz subay olsa da, müğənnin böyük oğlu Loğman ötən il dekabrın sonlarında Əntiqə adlı xanımla ailə qurub.  

Rəşad Əliyev, Bizim.Media
 


Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin