Azər ilə Pərvin arasında “TikTok”da QALMAQAL - Bir-birini söydülər - VİDEO

Hazırda oxunan: Azər ilə Pərvin arasında “TikTok”da QALMAQAL - Bir-birini söydülər - VİDEO

106962

Aktrisa Pərvin Abıyeva və aparıcı Azər Zahid arasında növbəti dəfə qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, tərəflər arasında söz savaşına ikilinin “TikTok”da oyunları səbəb olub. Pərvin bildirib ki, “TikTok” sıralamasında 3-cü yerə çıxmasına Azər və onun dəstəkçisi imkan verməyib.

Bundan sonra özündən çıxan Abıyeva Zahidin bu hərəkətinə qəzəblənərək, nalayiq ifadələrlə təhqir edib.

“Ağzını cıracağam sənin Azər. 300 manatımı ver. Ay “merinos xalı” kimin haqlı kimin haqsız olduğunu de... 300 manatdan dedin gəl oynayaq, mən də oynadım. İndi uduzmusan, hoqqalar verirsən. Sənə nə deyim? Söz danışıqdan keçər. “Merinos xalı” sənin dəstəkçindir”, - deyə Pərvin söyləyib .

Bir neçə dəqiqədən sonra Azər təkrar sözügedən platformada canlı yayım açaraq Pərvinin təhqirlərinə belə cavab verib:

“Sənin evində iki nəfər papaqlı kişi var. Dünənə kimi vardı... Bir adam ki, canlı yayımda valideyininə qışqıraraq çəmkirir və tanımadığı kişiyə nalayiq ifadələr işlədirsə, o övladdır? Sən tərbiyəsizsən! Bu ifadələrimin arxasında da dururam. Əgər bu sözdən sonra arxanda duran papaqlı şəxs çıxıb mənlə söhbət etsə, o da sənin tayındır.

Sənə dillənmədim, abrıma qısındım susdum, uddum... Sən mənə biqeyrət kəlməsini deyirsən. Bu kəlmənə görə səni bilirsən nə edərlər? Mənə zəng eləmə. Sənin üzrxahlığını gözləyirəm”. 
Daha sonra Zahid Abıyevanın “TikTok” səhifəsini bağlatdırdığını açıqlayıb:

“O səhifə açılmayacaq. Bunu bilin. Mənə “ilişməyin”. Mənim üzərimdən pul qazanın, halalınız olsun. Amma mənə dil uzatmayın, heç bir yayımçı yayımımda mənə qarşı artıq-əskik bir söz desə, 5 qat ağır cavabını alacaq. Bilirsiz, niyə? Kişi kişi ilə rəqabət aparar, xanımla yox”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin