“Görməzdən gəldiyim insanlar var. Elə etmək lazımdır ki, ürəkləri partlasın. Onlara baş qoşub, cavab vermək çox böyük şərəf olar”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, şou-biznesdə olmayan xanımlar müğənnilərdən daha açıq-saçıq geyimlər geyinir. Nazənin el şənliklərində onları gördükdə isə utandığını dilə gətirib:
“Xanımda hər şey örtülü olanda gözəl olur. Amma bunu müğənnilərə aid etmirəm. Bu dəqiqə müğənnilər bəhanə olub. Adi insanlar daha açıq-saçıq geyinirlər. Onlar rəqs edəndə baxıb, utanıram. Evdən çıxanda onlara demirlər ki, bu nə geyimdir geyinmisiniz? Amma müğənnilər açıq-saçıq geyinəndə müzakirəyə çıxarırsız ki, belə geyinmək olmaz”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:33 / 29.11.2022
Nazənin: “Onları görəndə utanıram“ - VİDEO
Hazırda oxunan: Nazənin: “Onları görəndə utanıram“ - VİDEO
Hazırda oxunan: Nazənin: “Onları görəndə utanıram“ - VİDEO
106928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.