“Ailədə bir bacı, bir qardaşıq. Anam hər zaman deyirdi ki, qardaşımın artıq iki evi var. Doqquzuncu mikrorayonda yaşadığımız zaman evimiz satılmışdı, bölünüb qardaşıma pay verilmişdi. Sonradan isə mən anamla yaşadım. 22 il anamın yanında olub, ona baxdım. Haraya köçsək də, hansı məhəllədə yaşasaq da hər zaman anamla olmuşam. Sonuncu dəfə Abşeron rayonunun Xırdalan şəhərinə köçəndə anam məni özündən ayırdı. Dedi ki, nəvəmi, yəni mənim qızımı özümlə götürürəm. Çünki qız nəvəmsiz yaşaya bilmərəm. Hər zaman da deyirdi ki, yaşadığım bu ev qız nəvəmindir”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu “Təsir dairəsi” ictimai-sosial verilişində deyib.
Qardaşı ilə aralarında anasının ona hədiyyə etdiyi evi bölə bilməyən aktrisa bildirib ki, anası Minaxanım övladını ondan ayırmaq istəyib:
“Anam zamanında istəyirdi ki, övladımdan imtina edim. Çünki o zamanlar işə gedirdim. İşləməsəydim, ailəyə kim baxacaqdı? İşləməsəydim, anam və qızım məndən başqa kimə lazım idi? Həyat yoldaşım isə yox idi. Biz artıq ayrılmışdıq. Atam isə 46 yaşında vəfat etmişdi. Anam söylədi ki qızını ver qardaşına. O atası, həyat yoldaşı isə anası olsun. Sən də ol bibisi. Cavab olaraq söylədim ki, qızımı doqquz ay bətnimdə əziyyətlə gəzdirdim, sonra da kiməsə verim.
Qardaşımı həyat yoldaşı və 29 yaşlı oğlu idadə edir. Qardaşımın oğluna uşaqlıqdan bəri dəstək olmuşam. O sonradan mənə demişdi ki, sənin adda bibim yoxdur. Sən “fərli-başlı” bibi olsaydın, qapının ağzında dayanan avtomobili mənə verərdin. Mənim iki-üç maşınım olsa, ona qurbandır. Hər işimin arxasınca o avtomobillə gedirəm”.
Sonaxanım açıqlamasında qardaşının anasına yaxşı baxmadığına görə tez vəfat etdiyini dilə gətirib:
“Anamın mənə hədiyyə etdiyi ev Abşeron rayonunun Xırdalan şəhərində yerləşir. Üç otaqlı 40 kvadrata yaxın kiçik həyət evidir. Qızımın 16 yaşı olduğundan onun yaşı çatmırdı ki, anam o evi ona hədiyyə etsin. Mənim adıma bağışlanma oldu. Qeyri şərtsiz bağışlama olmuşdu. Qardaşım anama can verən zaman baxıb. Anamı mənimlə düşmən etdikdən bir il dörd ay anama baxdılar. 22 il anama baxdım, amma onun burnu belə qanamadı, amma bir il dörd ay apardılar və qara torpağa tapşırdılar. Ömür boyu evdə ikinci sort insan olmuşam. Onu da anam edib”.
Proqramın gedişatında sənətçi anasının ona “pul kisəsi” kimi baxdığını söyləyərək, studiyada oturan ekspertləri heyrətləndirib:
“İki savadım var. İncəsənətdən əvvəl bağça müəllimliyini oxumuşam. Anam bir gün mənə söylədi ki, səni səhnədə görməsəm, südümü sənə halal etməyəcəyəm. Tanınmış olduqdan sonra anama dedim ki, sənin arzunu yerinə yetirdim. Onda da dedi ki, neynirəm sənin kimi tanınmışı, sənin kimi xanımın çantası pul ilə dolu olmalıdır”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:03 / 28.11.2022
Qardaşı ilə ev davasına çıxan Sonaxanım: “Anam məni pula görə istəyirdi” - VİDEO
Hazırda oxunan: Qardaşı ilə ev davasına çıxan Sonaxanım: “Anam məni pula görə istəyirdi” - VİDEO
Hazırda oxunan: Qardaşı ilə ev davasına çıxan Sonaxanım: “Anam məni pula görə istəyirdi” - VİDEO
106758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.