Toppuş bacı müalicəsi üçün qanuni oğrunun göndərdiyi 10 min dollardan DANIŞDI - ÖZƏL

Hazırda oxunan: Toppuş bacı müalicəsi üçün qanuni oğrunun göndərdiyi 10 min dollardan DANIŞDI - ÖZƏL

106713

Xəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın müalicəsi üçün “Rufo Gəncinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyevin ona 10 min dollar göndərdiyi məlum olub. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı T.Əliyeva ilə əlaqə saxlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qanuni oğru Toppuş bacının müalicəsi üçün 10 min dollar yolladı – VİDEO


Aktrisa açıqlamasında “qanuni oğru” Ülfət Tağıyevin 10 min dollar göndərməsi xəbərinə bu cür münasibət bildirib. 

“Pərvin Abıyeva ilə “TikTok”da canlı yayımda idik. Pərvin söylədi ki, bizim tanımadığımız bir şəxs ona bildirib ki, müalicəm üçün “Rufo Gəncinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyev 10 min dollar pul göndərəcək. Mən də Ülfət bəyə həm “TikTok”da, həm də sizin redaksiyanız vasitəsi ilə təşəkkürümü bildirirəm. Amma hələ ki, deyilən 10 min dollar kartıma oturmayıb. Düşünürəm ki, yaxın saatlarda məbləğ vəsaitimə köçürüləcək”, - deyə T.Əliyeva bildirib. 

Qeyd edək ki, xərçənglə mübarizə aparan Tünzalə Əliyeva müsahibəsində “TikTok” sosial şəbəkədə açdığı canlı yayımlardan 13500 manat pul topladığını bildirib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin