Yaşar Nurinin qızı keçmiş ərindən DANIŞDI: “Dedim ki, bizimki alınmır” - VİDEO

Hazırda oxunan: Yaşar Nurinin qızı keçmiş ərindən DANIŞDI: “Dedim ki, bizimki alınmır” - VİDEO

106651

“Sevib ailə qurmuşam. Bəzi səbəblərdən ailəmiz alınmadı. Sevgi bir yerdə yaşamaq deyil. Bir yerdə yaşamaq fərqlidir. O, Bakıda yaşamır, xaricdədir. Hər bir insan ailəli də ola bilər, ayrıla da bilər. Dəfələrlə qayıdıb gəlib, amma mən barışmamışam. Düşünürəm ki, gərək insanın içində ailə məsuliyyəti olsun. Əgər bu yoxdursa, o, heç vaxt ailə başçısı ola bilməz”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ülkər Yaşarqızı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişdə deyib.  

Keçmiş həyat yoldaşından söz açan sənətçi bildirib ki, ondan ayrılsa da, aralarında dost münasibəti var: 

"O, gözəl insan, dost ola bilər. Bundan sonra da onunla dostluq edə bilərəm. Anası rəhmətə gedəndə getmişdim. Mənə “Instagram”da yazmışdı ki, sənə ehtiyacım var, anam dünyasını dəyişib. Yay vaxtı idi, işdə idim. İş yoldaşlarım şahiddir ki, onun yanına getdim. Dedim ki, həyatdır... Hətta anama zəng vurdum ki, belə bir şey olub, nə məsəhət görürsən? Dedi ki, həyat sənindir, ailə sənin olub, insanıq, hamımızın başına gələ bilər.Gecə ilə getdim Novxanıya, onun yanında səhər 5-ə qədər oturdum.

Dərdləşdik, söhbət etdik. Mən də, o da niyə belə oldu deyə dərdləşdik. Səhərə yaxın artıq söylədim ki,  getməliyəm. Ona dedim ki, bizimki alınmır, sadəcə dostuq. Həqiqətən də bəzən insanın dost kimi qalmağı daha gözəldir. Bizim problemimiz də olmayıb. O mənə sual verir ki, biz niyə ayrıldıq, səbəb nədir?
Özümə də bu sualı verirəm. Heç kimə kin saxlamıram. Atası da dünyasını dəyişəndə getmişdim. Bəzən insanlar ayrılır, düşmənçilik, o bunun arxasınca danışır, kin, nifrət saxlayırlar. O deyir tərbiyəsiz olub. Bu deyir belə. Amma bizdə əsla, mən ona demərəm ki, belə olub”. 

Verilişin aparıcı Elgiz Əkbərin “İkinci baharını yaşamaq istəmirsən?” sualına Ulkərin cavabı belə olub: 

“Niyə istəmirəm? O qaldı keçmişdə, qadın xoşbəxt olmağa layiq məxluqdur. Bəzən istəyən olur, indi də var, ciddi olan da. Amma çox duyğusal insanam. Oğlaq bürcündənəm. Sevgisiz yaşamağı sevmirəm. İstəyirəm hər zaman yanımda qayğıkeş biri olsun”. 

Rəşad Əliyev, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin