Rəşad Dağlının oğlu: "Ana, səni təbrik etmək ataya qismət olar” - FOTO

Hazırda oxunan: Rəşad Dağlının oğlu: "Ana, səni təbrik etmək ataya qismət olar” - FOTO

106600

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) oğlu Yusif sosial şəbəkə hesabında anası ilə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, söz xiridarının oğlu anasının doğum günü ilə əlaqədar ona aldığı gül çələnginin fotosunu izləyiciləri ilə bölüşüb. 

Yusif yayımladığı şəkilə "Ana, inşallah ata belə sənə gül göndərməz. Özünə qismət olar səni təbrik etmək" kövrək şərhini yazıb.

Qeyd edək ki, noyabrın 9-da Rəşad Dağlı İskəndər Mehdiyevə 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin