Xalq artisti Faiq Ağayev həmkarı Brilliant Dadaşovanın onun barəsində verilişlərin birində söylədiyi fikirlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, B.Dadaşova verilişdə F.Ağayevi nəzərdə tutaraq "sən bilirsən ki, mən səhnədə bir nəfər var, o olan yerə getmirəm. Ordan mənə 15-25 min də pul versələr, getmirəm.
O çıxdığı proqramlara da heç vaxt çıxmıram. Eldar Mansurovun yubileyi oldu, ora mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim" demişdi.
Bu haqda F.Ağayev qonaq olduğu "Birinci TV"-nin "YouTube" layihəsində danışıb.
Sənətçi bildirib ki, qarşı tərəfdən fərqli olaraq qatıldığı məclislərdə şərt qoymur:
"Mən heç vaxt şərt qoymuram. Heç kimin varlığı mənə darlıq gətirmir. Rahat çıxıb oxuyuram. Əgər toy idarə edirəmsə, xoşuma gəlməyən müğənni yarım saatlıq ifa üçün gəlirsə, mən onun canına dua edirəm. Çünki o yarım saata istirahət edəcəm. Amma elələri var ki, deyir, o bura gəlsə, üstümə benzin səpərəm.
Heç kim də benzini vermir onun əlinə ki, götürüb özünü yandırsın, canımız qurtarsın ondan (gülür). Bu yaxınlarda da biri üstüörtülü elə bir şey dedi, axırda nə oldu? Müslüm Maqomayev kimi sənətkarın yubileyində mən var idim, o yox idi. Sən belə böyük sənətkarsansa, səni də ora dəvət edərdilər”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:51 / 26.11.2022
Faiq Brilliantın CAVABINI VERDİ - VİDEO
Hazırda oxunan: Faiq Brilliantın CAVABINI VERDİ - VİDEO
Hazırda oxunan: Faiq Brilliantın CAVABINI VERDİ - VİDEO
106503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.