Çin əsilli kanadalı reper Kris Vu zorlama ittihamı ilə 13 ildən çox həbs cəzasına məhkum edilib.
Bizim.Media xarici mətbuta istinadən xəbər verir ki, məhkəmə bir işdə onu 11,5 il, digərində isə 22 ay müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə müəyyən edib ki, 32 yaşlı Vu (əsl adı Vu Yi Fan) 2018-ci ildə sərxoş vəziyyətdə olan iki qızı, 2020-ci ildə isə daha üç qızı zorlayıb.
Məhkəmə iclasında Kanadanın Çindəki səfirliyinin əməkdaşları iştirak ediblər. Cəzasını çəkdikdən sonra Vu deportasiya ediləcək.
Qeyd edək ki, Kris Vu EXO K-pop qrupunun üzvü kimi tanınıb. 2014-cü ildə onu tərk edib və aktyor, model, televiziya şousu münsiflər heyətinin üzvü kimi də tanınan solo karyerasına başlayıb. Vu 2021-ci ilin iyulunda polisin repçinin “dəfələrlə gənc qadınları aldadaraq cinsi əlaqəyə girməsi” ilə bağlı şikayətindən sonra Pekində saxlanılıb.
Həmçinin, azyaşlı özünü Vunun keçmiş sevgilisi kimi təqdim edən musiqiçidən şikayətlənib. Onun sözlərinə görə, repçi içkili halda ona təcavüz edib. Müğənni bu ittihamı rədd edib. İddiaların ictimailəşməsindən sonra bir çox marka Vu ilə əməkdaşlığa son qoyub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:15 / 25.11.2022
Məşhur repçi təcavüzə görə 13 il HƏBS OLUNDU – FOTO
Hazırda oxunan: Məşhur repçi təcavüzə görə 13 il HƏBS OLUNDU – FOTO
Hazırda oxunan: Məşhur repçi təcavüzə görə 13 il HƏBS OLUNDU – FOTO
106296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.