Türkiyəli müğənni Halil Sezaiyə 4 ay 25 gün HƏBS CƏZASI VERİLDİ

Hazırda oxunan: Türkiyəli müğənni Halil Sezaiyə 4 ay 25 gün HƏBS CƏZASI VERİLDİ

106102

Türkiyəli müğənni Halil Sezai Paracıkoğlunun Tuzlada səhnəyə çıxdığı məkanda qonşusu Hüseyin Meriçə dediyi “Tam döyə bilmədim. O, bunu haqq etdi” sözlərinə görə məhkəmədə qərar çıxarılıb.

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçi ilk iclasda “təhqir”ə görə həbs cəzasına məhkum edilib.

Halil Sezai iclasdan sonra verdiyi açıqlamada “Əslində çox şey demək istərdim, amma mənə qadağa var, deyə bilmərəm” deyib. 
Anadolu 33-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda şübhəli Halil Sezai Paracıkoğlu və Hüseyn Meriç iştirak edib. 

İclasa tərəflərin vəkilləri də qatılıb. Məhkəmə qərarını açıqlayaraq, Halil Sezaiyə “təhqir” ittihamı ilə 4 ay 25 gün həbs cəzası verib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin