“Toya gecikdiyim zaman yollarda çox pis tıxac olub. Məcbur qalıb, qarşı yola keçmişəm, amma qoşa xətti tapdalamamışam. Amma boş yolda qoşa xətti həyatı boyu keçmərəm. Çünki qanun qanundur”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Sənətçi bildirib ki, çox zaman məclislərə gecikdiyi səbəbi ilə avtomobili yüksək sürətlə idarə etdiyi üçün bir çox videomüşahidə kameralarında görüntüləri var.
“Olub ki, tələsmişəm, avtomobili sürətlə idarə etmişəm. Kameralara əl edərək, şəkil çəkdirərək düşmüşəm. Bütün kameralarda şəkillərim var”, - deyə Şəbnəm vurğulayıb.
Qeyd edək ki, zaman-zaman Ş.Tovuzlu idarə etdiyi avtomobillə qayda pozuntusuna yol verib. Belə ki, bir müddət əvvəl müğənni sükan arxasında mobil telefondan istifadə edərək fikri yayındıracaq hərəkətlər edib.
Bundan əlavə olaraq müğənni təhlükəsizlik kəmərindən də istifadə etməyib. Müasir avtomobillərdə təhlükəsizlik kəməri taxılmadıqda xəbərdaredici siqnal çalındığı üçün müğənni təhlükəsizlik kəmərini oturacağın arxasından keçirərək taxıb.
Rəşad Əliyev, Bizim.Media