Xəbər verdiyimiz kimi, “Zaurla Günaydın” səhər şousunun heyəti və verilişin aparıcısı Zaur Baxşəliyev müğənni Rəqsanə İsmayılovanın Buzovnada aldığı yeni dəbdəbəli villasında qonaq olub.
Bizim.Media xəbər verir ki, verilişin gedişatında illər əvvəl “ATV”də yayımlanan “Yağ kimi” şousundan arxiv görüntülər yayılıb.
Həmin kadrlarda sənətçinin qızı Aysun anası Rəqsanəyə “Sən istəyərsən, ata geri qayıtsın?” sualını ünvanlayıb.
İsmayılova övladının bu sualına “Xeyr. Ata geri qayıtsaydı, yanımızda olardı. Artıq adam saxlamağa pulum yoxdur” deyə cavab verib.
Bu anda isə Aysun “Xalam oğlunun atası onlara zəng edib, axtarır. Amma mənim atam bizi zəng edib, axtarmır. Bəs o necə qayıda bilər?” deyərək həm Rəqsanəni, həm də verilişin aparıcısı Zaur Baxşəliyevi kövrəldib.
Müğənninin qızı “Anamı həm ana, həm də ata sayıram. Bizim çəkdiyimiz əziyyətlərə görə istəmərəm atam qayıtsın. Atam anama çox zülmlər verib. Anam da, mən də istəmərik ki, atam qayıtsın. Anam atamın ona verdiyi əziyyət və zülmləri yadında saxlayıb” sözlərini dilə gətirib.
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib.
Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:03 / 23.11.2022
Rəqsanənin qızı hamını AĞLATDI: “Atam anama çox zülm verib, qayıtmasın” - VİDEO
Hazırda oxunan: Rəqsanənin qızı hamını AĞLATDI: “Atam anama çox zülm verib, qayıtmasın” - VİDEO
Hazırda oxunan: Rəqsanənin qızı hamını AĞLATDI: “Atam anama çox zülm verib, qayıtmasın” - VİDEO
105810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.