“Zaur (aparıcı Zaur Baxşəliyev – red.), səndən bir kömək istəyəcəyəm. İstəyirəm ki, onun istəyini birlikdə yerinə yetirək. Yağmur istəyir ki, öz atasını tanısın. Bunun üçün vəkil də tutmuşam. Mən və atalığı (Fazil Əmiraslanov – red.) Yağmurun bu istəyinə etiraz etmirik.
Qızımın artıq 14 yaşı var. Onun haqqıdır ki, atasını görsün, tanısın. Biz bilmirik bir göz qırpımında nə ola bilər, çox şey baş verə bilər. Mən də qızımın bu fikrinə hörmətlə yanaşıram. Heç bir problem yoxdur. Məhkəmə vasitəsi ilə istəyirik ki, qan analizləri keçirilsin. Bu məsələ müəyyən olunsun”.
Bizim.Media xəbər verir ki, bu sözləri 5-ci dəfə ana olacaq müğənni Rəqsanə İsmayılova qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.
43 yaşlı sənətçi bildirib ki, onun keçmiş həyat yoldaşı Yağmuru qəbul etməyib:
“Qızım Yağmurun atası ilə danışmamışam. Məhkəməyə müraciət etmək istəyirəm. Azərbaycanın qanunları çox gözəldir. Hər şey qanun çərçivəsində olsa, yaxşı olar. Qanun şəklində hər şeyi danışacağıq.
Bir vətəndaş olaraq bu, bizim borcumuz, hüququmuzdur. Niyə qızımdan bunu gizlədim və ya başqa şeylər deyim. Faktiki olaraq, o, Yağmurun atasıdır və onu tanımaq haqqıdır. Əvvəllər Yağmurun atası qızını qəbul etmirdi. Yağmur dünyaya gələndən sonra istədim ki, atalığı alsın. Amma o, buna razı olmadı.
Qız uşağıdır, Yağmurun gələcəyi var. Niyə övladım böyüyəndən sonra utansın? Fazil müəllim sonra da öz soyadını verdi qızlarıma (Aysun, Yağmur – red.). Atasının kimliyini tanıması Yağmurun mənəvi haqqındır.
Məhkəmə yolu ilə təsdiqlənməlidir. Bu qarşı tərəfə bir addım olsun. O başa düşsün ki, Yağmur onu tanımaq istəyir. O, 14 il müddətində qızını axtarmayıb və onunla maraqlanmayıb. Özüm də atasız böyümüşəm. İllər keçib atamı axtarsam da, onu görməmişəm. 43 yaşım olsa da, atamı hələ də axtarıram”.
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib.
Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:26 / 22.11.2022
Rəqsanə: “Qızım Yağmur atasını tanımaq istəyir” - VİDEO
Hazırda oxunan: Rəqsanə: “Qızım Yağmur atasını tanımaq istəyir” - VİDEO
Hazırda oxunan: Rəqsanə: “Qızım Yağmur atasını tanımaq istəyir” - VİDEO
105692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.