Arif Quliyevin qızı efirdə AĞLADI: “Atam səhərə kimi təsbeh düzəldirdi” - VİDEO

Hazırda oxunan: Arif Quliyevin qızı efirdə AĞLADI: “Atam səhərə kimi təsbeh düzəldirdi” - VİDEO

105647

“Uşaq vaxtı Yaşar Nurinin qızı Ülkər, Eldəniz Məmmədovun qızı Gülnarə ilə yaxın olmuşam. Amma böyüdükdən sonra uzaqlaşdıq. Çünki hərə öz işində oldu. Atamın yolunu seçmədim. Hazırda dövlət işində işləyirəm. Qardaşım İncəsənət və Mədəniyyət universitetini bitirib, lakin indi işləmir”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Arif Quliyevanın qızı Günel Quliyeva qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Atası ilə bağlı xatirələrdən söz açan mərhum sənətkarın qızı bildirib ki, A.Quliyev öz əlləri ilə 500-ə yaxın təsbeh düzəldib:

“Atam istəyirdi ki, həkim olum, amma olmadım, başqa sənəti seçdim. Atam təsbehlər düzəldirdi. Kolleksiyasında 500-dən artıq təsbeh vardı. Hər axşam otururdu, səhər saat 5-6-ya kimi təsbeh düzəldirdi”.
Qeyd edək ki, A.Quliyev ötən il koronavirusa yoluxmuş, ağ ciyərinin 90 faizi zədələndiyindən "Yeni klinika"da süni tənəffüs aparatına qoşulmuşdu. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Xalq artisti ötən il mayın 7-də 71 yaşında dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin