Müğənni Samir Bağırova xərçəng diaqnozu qoyulduğu ilə bağlı məlumat yayılıb.
Məsələyə ilə bağlı Bizim.Media-nın əməkdaşı sevilən estrada ulduzu ilə əlaqə saxlayıb.
S.Bağırov haqqında yayılan xəbərin yalan olduğunu bildirib.
"Bu yalan xəbərdir. Bu xəstəliklə yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Pis dillərə inanmayın. Ayağımda problem yaranmışdı.
Bir müddət ayağımın müalicəsi ilə məşğul oldum. Peşəkar həkimlərin sayəsində ayağım sağaldı. Hər şey qaydasındadır. Bir neçə həftədən sonra qarşınıza yeni layihələrimlə çıxacam.
Mənim üçün darıxan və haqqımda bu xəbəri oxuyub, məyus olub, dua edən hər bir tamaşaçıma dərin təşəkkürümü bildirirəm. Sizi sevirəm!", - deyə Samir söyləyib.
Qeyd edək ki, S.Bağırovun onkoloji xəstəlikdən əziyyət çəkməsi xəbərini Olay.az yayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:55 / 21.11.2022
Xərçəngə yoluxduğu deyilən Samir Bağırov: "Pis dillərə inanmayın" - ÖZƏL
Hazırda oxunan: Xərçəngə yoluxduğu deyilən Samir Bağırov: "Pis dillərə inanmayın" - ÖZƏL
Hazırda oxunan: Xərçəngə yoluxduğu deyilən Samir Bağırov: "Pis dillərə inanmayın" - ÖZƏL
105590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.