Aysun ayrıldığı həyat yoldaşından DANIŞDI: “Hər ailədə söz-söhbət olur” - VİDEO 

Hazırda oxunan: Aysun ayrıldığı həyat yoldaşından DANIŞDI: “Hər ailədə söz-söhbət olur” - VİDEO 

105423

Müğənni Aysun İsmayılova ayrıldığı həyat yoldaşı Eşqin Cəlilovdan danışıb. 

Bizim.Media xəbər verir ki, ifaçı qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda gözlənilmədən verilişin aparıcısı Zaur Baxşəliyevin ona ünvanlanan ailə həyatı ilə bağlı sualla üz-üzə qalıb. 

Zaurun “Həyat yoldaşınla münasibətin necədi? Eşqini sevirsən?” sualına  Aysunun reaksiyası belə olub: 

“Artıq şəxsi həyatımla bağlı heç bir şey danışmaq istəmirəm. Buradan məni böyüklər izləyir. Evdən atam, qaynanam, qaynatam izləyir. Hər ailədə söz-söhbət olur. Qismət, hər şeyi həyat göstərər”. 

Aparıcının “Birdən qapı açılsa, həyat yoldaşın içəri girsə...” sözlərinə İsmayılova “Nə olar? (gülür) Zaur tərlədim burda. Gəl belə edək, layihələrimdən danışım, yeni iş birliyinə başlamışam” şərhini verib. 
Qeyd edək ki, Aysunla Eşqin cütlüyü iyun ayında evlənsələr də bir neçə aydan sonra ayrılıblar.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin