Qarmon ustadı Gövhərin iki mərtəbəli evindən GÖRÜNTÜLƏR - VİDEO 

Hazırda oxunan: Qarmon ustadı Gövhərin iki mərtəbəli evindən GÖRÜNTÜLƏR - VİDEO 

105283

"Zaurla Günaydın" səhər şousunun aparıcısı Zaur Baxşəliyev Əməkdar artist Gövhər Rzayevanın evinə yollanıb.

Bizim.Media xəbər verir ki, aparıcının üzünə qapını sənətkarın özü açıb.

Səhər yeməyinə hazırlaşıb, həkimə gedəcəyini söyləyən Rzayevanı Zaur sorğu-suala tutub.

Baxşəliyev "Səhər yeməyinə nə yeyirsiniz?" sualına qarmon ustadı "Kolbasa, sosiska, qırmızı kürü, yağ, pendir yeyirik. Kasıbın olanından" cavabını verib.

Daha sonra G.Rzayeva "Yaxşı küftə-bozbaşım var" deyə aparıcıya səslənib. Zaur isə "Bunu ver aparaq evimizə" söyləyib.

Verilişin gedişatında bəlli olub ki, sənətkarın evi iki mərtəbəlidir. Birinci mərtəbəsində böyük mətbəxi, ikinci mərtəbəsində isə iki eyvanlı yataq otağı var.

Qarmon ustadı evinin ümümi sahəsinin 150 kv./m.  olduğunu açıqlayıb. Gövhər xanım bildirib ki, evinin yerləşdiyi ərazi "plana" düşdüyündən, ərtafda olan digər evlər sökülüb. Sökülən evlərə isə kvadratı 4000 manata yaxın pul verirlər.
Sənətkarın aksesuarlarına göz gəzdirən Zaur "Sənin evində neçə ildir ki, kişi üzüyü yoxdur?" sualına G.Rzayeva "22 ildir ki, yoxdur. Yazıq canım, üzüyün rəngi də yadımdan çıxıb" cavabını verərək, aparıcının üzünü güldürüb.

Qeyd edək ki, G.Rzayevanın 4 övladı var. Sənətkarın kiçik qızı Ülkər müğənni kimi fəaliyyət göstərir.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin