Valideynləri Ramalın yeni imicini TƏNQİD ETDİLƏR: \"Onların sözü mənə təsir etdi\" -VİDEO 

Hazırda oxunan: Valideynləri Ramalın yeni imicini TƏNQİD ETDİLƏR: \"Onların sözü mənə təsir etdi\" -VİDEO 

105259

"Evdəkilər tənqid etdilər, küsdüm. Söylədilər ki, bunu belə etmə. Sənətdəyəmsə, geyinəcəm də, saçımı da dəyişəcəm, performanslar da göstərəcəm. Bu tərz və saçımla tədbirə gedirəm, analar, bacılar alqışlayır, deyir, belə ol. Gəlib evdə anama deyirəm ki, görürsən, tərifləyirlər".

Bizim.Media xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Ramal İsrafilov qonaq olduğu "Günün sədası" verilişində deyib.

Saçlarını sarıya boyadıb və geyim tərzini dəyişən sənətçi yeni imicinin ailəsi tərəfindən bəyənilmədiyini vurğulayıb:

"Anamın, atamın sözü mənə təsir edir. Mən də insanam, küsürəm. Pianoya yaxın dura bilmirəm, səhnəyə çıxmıram. Özümə gəlmək üçün zaman lazım olur. Haqqımda çox mənfi rəylər yaydılar. Deyirlər ki, tənbəldir, verilişlərə gəlmir. Aparıcılar təqdim edəndə söyləyirdilər ki, yatır, gəlmir".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin