Sərxan Xoşqədəmi ideya oğurluğunda İTTİHAM ETDİ – FOTO

Hazırda oxunan: Sərxan Xoşqədəmi ideya oğurluğunda İTTİHAM ETDİ – FOTO

105199

Aparıcı və aktyor Sərxan Kərəmoğlu aparıcı Xoşqədəm Hidayətqızını tənqid edib.

Bizim.Media xəbər verir ki, Sərxan sosial şəbəkə hesabında post paylaşaraq, Xoşqədəmi ideya oğurluğunda ittiham edib.

O bildirib ki, evə incəsənət nümayəndələrini çağırıb, onlarla veriliş etmək ideyası Kərəmoğlunun özünə məxsusdur. 

"Xoşqədəm Baxşəliyeva dostum, bu evdə proqram və ümumiyyətlə evə qonaq gəlməsi mənə aiddir. Öz yaşadığım kiçik evimdə qonaqları qəbul edirdim. Bu layihə başladı və üzərindən iki həftə sonra Zaur və Günay Baxşəliyevlər başladı ("ATV" kanalında yayımlanan Zaurla Günaydın səhər şousu - red.) və daha sonra "Xəzər TV"də arendaya götürülmüş villada başladı şənbə-bazar verilişləri.

Axı biz düzgün danışa biriyik. Bizdə yalan yoxdu axı. Ona görə deyirəm ki, biləsiniz ki, studiya deyil, öz evində qonaq qəbul edən ilk mən olmuşam. Heç olmasa, bu mövzuda haqqımı yemə. Səni sevirəm", - deyə Sərxan vurğulayıb.

Kərəmoğlu Hidayətqızına məsləhət verməyindən də geri qalmayıb. Aktyor aparıcının evində etdiyi çəkilişlərdə qüsurların olduğunu dilə gətirib: 

"Xoşqədəm, məndən bir məsləhət. Əyləncənin peşəkarı kimi deyirəm, nə qədər ki, gec deyil tez studiya çəkilişlərinə keçin. Niyə? Neqativ dolu anlar və yaza bilməyəcəyim bəzi məqamlar mövcuddur. Sonra başa düşdüm ki, studiyada ev şəraitində çəkiliş etmək daha ağıllı addım imiş".

Sərxan bu sözlərinə görə Xoşqədəmin ondan inciyəcəyini nəzərə alıb, yazdığı postun sonunda səmimiyyətdən bu addımı atdığını bildirib:

"Birdən inciyərsən? Səmimi yazıram və bilirsən ki, səni nə qədər çox istəyirəm. Jurnalistikada məndən qat-qat üstünsünüz, amma əyləncədə tam tərsi".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla bərabər ARB TV-də "Günaydın Azərbaycan!" səhər şousu ilə hər şənbə-bazar tamaşaçıların qarşısına çıxırlar.

Rəşad Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin