Jony xəstələndi, konsertləri TƏXİRƏ DÜŞDÜ - VİDEO

Hazırda oxunan: Jony xəstələndi, konsertləri TƏXİRƏ DÜŞDÜ - VİDEO

105177

Xəbər verdiyimiz kimi, Rusiya şou-biznesində Jony ləqəbi ilə məşhurlaşan müğənni Cahid Hüseynlinin noyabrın 19-da Nijniy-Novqorod da konserti olacaqdı.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında video paylaşaraq, xəstələndiyini və özünü çox pis hiss etdiyini açıqlayıb.

"Çəkilişlər bitdi. Nəhayət ki, gedirik evə. Burnum axır, boğazım ağrıyır. Evə gedib, yatacam və müalicə alacam. Ən pis isə şənbə-bazar konsertlərimin olmasıdır. Heç bilmirəm nə edim?.
Belə bir vəziyyətdə harasasa uçmaq və getmək, çıxış etmək intihara bərabərdir. Səs telləri üçün isə çox zərərlidir. Belə olan halda mən səsimi itirə bilərəm. Bilmirəm necə olacaq?", - deyə Jony bildirib.

Daha sonra Jony Nijniy-Novqorod və Kazandakı konsertlərinin xəstəliyi səbəbi ilə vaxtının dəyişdirmək məcburiyyətində qaldığı ilə bağlı post paylaşıb.

"Biz uzun müddət danışdıq, Nijniy Novqorod və Kazandakı konsertləri təxirə salmaq qərarına gəldik. Nijniy Novqoroddaki konsertim dekabrın 4-də, Kazandakı konsertim isə dekabrın 9-da keçiriləcək.
Qalan konsertlər planlaşdırıldığı kimi davam edəcək. Narahatçılığa görə üzr istəyirəm, amma bu vəziyyətdə çıxış edə bilmirəm. Bütün alınan biletlər etibarlıdır"-deyə paylaşımda qeyd edilib.

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin