Uzun zamandır efirlərdə gözə dəyməyən aparıcı Hüsniyə Məhərrəmova televiziyaya qayıtmaq istəmədiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu bu barədə “MTV xəbər”-ə müsahibəsində deyib.
“İki il yarımdır efirdən uzaqlaşmışam. Televiziyasız çox xoşbəxtəm. Geri qayıtmaq fikrində deyiləm. Mənim mənəvi və maddi imkanlarımı ödəyəcək kanal yoxdur”, - deyə, H.Məhərrəmova bildirib.
Qeyd edək ki, H.Məhərrəmova uzun illər İctimai televiziyada çalışıb. O, 2012-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsində təşkilat komitəsinin üzvü, koordinatoru, eyni zamanda nümayəndə heyətinin sədri olub.
2016-2019-сu illərdə isə Hüsniyyə ATV-də yayımlanan "V element" verilişinin aparıcı kimi çalışıb. Onun televiziyada son fəalliyyəti isə 2019-2020-ci illərə təsadüf edib. Məhərrəmova AzTV-də "1azTV" gecə şousunun aparıcısı olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:18 / 18.11.2022
Hüsniyyə televiziyadan NİYƏ UZAQLAŞIB? - VİDEO
Hazırda oxunan: Hüsniyyə televiziyadan NİYƏ UZAQLAŞIB? - VİDEO
Hazırda oxunan: Hüsniyyə televiziyadan NİYƏ UZAQLAŞIB? - VİDEO
105099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.