Toppuş bacıya "ağıllı dərman" preparatı vuruldu – VİDEO 

Hazırda oxunan: Toppuş bacıya "ağıllı dərman" preparatı vuruldu – VİDEO 

104791

Beynində bədxasisəli şiş aşkarlanan "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artisti Tünzalə Əliyevaya "ağıllı dərman" adlı preparat vurulub.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi "Bizimləsən" ictimai-sosial verilişdə məlumat verib.

Tünzalə bildirib ki, preparatların vurulmasından ailəsinin xəbəri yoxdur.

"Mənə "ağıllı dərman" preparatı vurulub həmçinin çox ağır dozada şüa almışam. Biraz başım hərrənir və ürəkbulanmalarım var. Həkim bu gündə məni evə buraxmadı. Bir neçə gün burada qalacağam. Tibb bacısı həmin dərmanı şpritsə dolduranda o qədər həyacan keçirirdim. Həkimlər yanımda idilər. Onlar bu dərmanın mənə necə təsir edəcəyini gözləyirdilər. Həkimlərə həyacandan iynə ilə bağlı çoxlu suallar verirdim. Saatlarla bir nöqtəyə baxıb fikirləşirəm ki, zaman tez keçərdi MRT-nin cavabını alardım. Anar doktor deyərdi ki, heçnəyiniz qalmayıb. Çıxın gedin. Bu prosesi mən bir dəfə yaşamışam. Birinci dəfə törəmə ağciyərimə düşəndə. Pəncərənin önündə oturdum, ayaqlarım işləmədi.

Çoxlu ağladım. Zəng elədim həyat yoldaşım Röyala. Dedim ki, Həkim mənə söylədi ki, niyə burada qalmısan, heçnə yoxdur, çıx get evə. O günü gözləyirəm. Ailəmdən heç kim bilmir ki, mənə iynə vurulub. Çünki onlara deməmişəm. Gözlədim bu vaxt keçsin, sonra deyim. Amma indi artıq hamı bilir", - deyə Tünzalə qeyd edib.
Verilişin gedişatında Əməkdar artist "ağıllı dərman"ların hər 21 gündən bir ona vurulmasının lazım olduğunu açıqlayıb:

"Zaur sənə təşəkkür edirəm. Çox bahalı iynədir. Özümün belə imkanım olmazdı o dərmanı almağa. Yalnız evi satıb ala bilmərdim. "Ağıllı dərman"lar hər 21 gündən bir mənə vurulmalıdır".

Qeyd edək ki, bir neçə gün əvvəl "Bizimləsən" ictimai-sosial verilişinin aparıcısı Zaur Baxşəliyev Tünzalə Əliyeva üçün iki doz "ağıllı dərman" preparatı alıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin