İkinci dəfə ailə qurmaq üçün efirə çıxan AKTRİSA: “Ərim qardaşımın baldızı ilə xəyanət edib” - VİDEO 

Hazırda oxunan: İkinci dəfə ailə qurmaq üçün efirə çıxan AKTRİSA: “Ərim qardaşımın baldızı ilə xəyanət edib” - VİDEO 

104741

Aktrisa Sonaxanım Əliyeva ikinci dəfə ailə qurmaq üçün “Bizimləsən” ictimai-sosial verilişə üz tutub.  

Bizim.Media xəbər verir ki, aktrisanın yeganə qızı Nərgiz telefon bağlantısı ilə sözügedən verilişin canlı efirinə qoşularaq proqramın aparıcısı Zaur Baxşəliyevdən anasının yenidən ailə qurmasında yardımcı olmasını istəyib.  

“Çox istəyərəm ki, anam xoşbəxt olsun. O xoşbəxt olsa, mən də xoşbəxt olaram. İstərdim ki, o, şəxsi həyatını qursun. Yanında dəstəkçisi, möhkəm dayağı olsun. O zaman o daha da xoşbəxt olar. Hazırda Bakı Slavyan Universitetinin “İbtidai sinif” ixtisası üzrə təhsil alıram”,- deyə Nərgiz bildirib.  

Övladının bu sözlərindən göz yaşlarına qərq olan Sonaxanım fikirlərini bu cür ifadə edib:

“Dəfələrlə olub ki, yaşamaq istəməmişəm. Həyat özü mənim üçün ağır olub. Həyata məni bağlayan yeganə varlığım qızımdır. Qarşımda layiqli bir insan görmək istərdim. Əgər bir insan mənə dəyər verirsə, övladıma məndən daha çox dəyər verməlidir. Yalnız o insanı sevib, həyatıma qəbul edə bilərəm ki, hansı ki qızıma atadan artıq olar”.  

Zaurun “İmkansız bir kişi ilə ailə qurarsan?” sualına 49 yaşlı aktrisanın cavabı belə olub:

“Əgər həyatımda kimsə olacaqsa, mənə arxa, dayaq olmalıdır. Yəni problemlərimlə, əziyyətlərimlə, üz-üzəyəmsə, özüm hər bir şeyi və məsələni həll edirəmsə, əlavə bir yük nəyimə lazımdır?”.  

Daha sonra S.Əliyeva bildirib ki, onun birinci ailəsi xəyanət üstündə dağılıb. Aktrisa “Həyat yoldaşım mənə qardaşımın baldızı ilə xəyanət edib” sözlərini dilə gətirib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin