Xatirə İslam sinəsindən əməliyyat olunduğunu AÇIQLADI - FOTO

Hazırda oxunan: Xatirə İslam sinəsindən əməliyyat olunduğunu AÇIQLADI - FOTO

104730

Müğənni Xatirə İslam növbəti dəfə əməliyyat olunma səbəbini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “İnstagram”da post paylaşan sənətçi bədənşəkilləndirmə etdirdiyini iddia edənlərə də cavab verib. 

“Əziz jurnalistlər və səhifə adminləri, yenə də ürəyiniz istəyən kimi məlumat yaymısınız.

Budəfəki əməliyyatımda bədənşəkilləndirmədən söhbət gedə bilməz. Bir çox qadınlarda olduğu kimi süd vəzi problemimi həll etdik. Limfalarımda olan kistaların götürülməsi məsləhət görüldü.

Hər şey normaldır. Artıq evdəyəm, hamınızı sevirəm”, - deyə, ifaçı bildirib.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin