Azərbaycanlı bloqerin adından DƏLƏDUZLUQ – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanlı bloqerin adından DƏLƏDUZLUQ – FOTO/VİDEO

104607

Rusiyanın məşhur azərbaycanlı video bloqeri Hüseyn Həsənovun adından dələduzluq edilib. 

Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl “Instagram” hesabında “giveway” keçirən bloqerin adından istifadə edən dələduzlar Həsənovun izləyicilərinə yarışda “İphone 14” smartfon qazandıqları ilə bağlı mesajlar yollayıblar. 

Hüseyn həmin mesajlarını sosial şəbəkə səhifəsində paylaşaraq izləyicilərinə xəbərdarlıq edib. 

“Qalib qələn izləyicilərimə yalnız “mavi tık”la təsdiqlənmiş 23 milyonluq rəsmi hesabımdan yazacağam”, - deyə bloqer yazıb. 

Qeyd edək ki, hazırda Dubayda olan Hüseyn Həsənov 23 milyon izləyicisi arasında “giveway” yarışı keçirib. 

Bloqer yalnız 14 izləyicisinə “İphone 14” markalı telefon hədiyyə verəcəyini açıqlayıb.  

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin