Mənzurə: “Bacımla toyum bir yerdə olub” - VİDEO 

Hazırda oxunan: Mənzurə: “Bacımla toyum bir yerdə olub” - VİDEO 

104466

“Bacımla mənim toyum bir yerdə olub”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.  

Sənətçi bildirib ki, onun toyu bacısı ilə birlikdə keçirilib.  

“O zamanlar başa fata yox şlyapa taxırdılar. Mən də başıma şlyapa qoymuşdum. Toya bacımın oğlan evi gecikmişdi. Məni isə restorana tez aparmışdılar. Buna görə biraz qan-qaraçılıqda yaranmışdı. Toyda iki bəy iki gəlin olmuşduq. Məclisimiz çox yaxşı keçmişdi. Elçiliyimiz eyni vaxta düşmüşdü. Hamı da istəyirdi toy tez olsun. Dedik ki, hər on beş gündən bir toy etməyək. Qərar verildi ki, toylarımızı eyni zamanda edək. Mənim evlilik həyatım sona kimi olmadı. Amma bacımın evlilik həyatı davam edir. Yenə də qismət”, - deyə Mənzurə bildirib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin