''Həyat yoldaşım Təranənin atası Heydər Əliyev İdman Konsert Kompleksinin memarı olub. O, iki əvvəl dünyasını dəyişib. Özlərinə görə imkanları əla idi. Qaynatam mənə hər şey edib. Vəfatından əvvəl qızına bağ, avtomobil bağışladı. Bundan artıq nə etməlidir ki?''.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.
Sənətçi verilişdə özünə yeni mənzil aldığını açıqlayıb.
“Allah ruzumu verib. Bağım vardı, özüm tikdirmişdim. Qaynatam da birini hədiyyə etdi. Bağın 12 sot torpağı da var. Bir dənə də özümə ev almışam. Ora hələ köçməmişəm. 15 gündən sonra köçəcəyəm. Nə varsa hamısını nağd pul verib, almışam”.
Qeyd edək ki, Kərim ilə Təranənin Yusif adında bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:45 / 15.11.2022
Kərim Abbasov qayınatasından DANIŞDI: “Bağ və avtomobil bağışlayıb” - VİDEO
Hazırda oxunan: Kərim Abbasov qayınatasından DANIŞDI: “Bağ və avtomobil bağışlayıb” - VİDEO
Hazırda oxunan: Kərim Abbasov qayınatasından DANIŞDI: “Bağ və avtomobil bağışlayıb” - VİDEO
104418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.