Zaur Baxşəliyev Toppuş bacı üçün "ağıllı dərmanlar"ını ALDI - VİDEO 

Hazırda oxunan: Zaur Baxşəliyev Toppuş bacı üçün "ağıllı dərmanlar"ını ALDI - VİDEO 

104329

Xəbər verdiyimiz kimi, ötən axşam "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva mədə qanaxması ilə Milli Onkologiya Mərkəzinin "Şüa Terapiya" bölməsinə yerləşdirilib.  

Bizim.Media xəbər verir ki, "Bizimləsən" ictimai-sosial verilişin heyəti Milli Onkologiya Mərkəzinə yollanaraq Tünzalənin yatdığı palatadan canlı bağlantı yaradıb.  

Proqramın aparıcısı Zaur Baxşəliyev Əməkdar artistə gözlənilmədən sürpriz edib. O, aktrisaya sözügedən "ağıllı dərmanlar" preparatlarının bir hissəsini alaraq, ona təqdim edib.  

Həmin dərmanları əlinə alan Tünzalə göz yaşlarına boğulub:

"Zaur, təşəkkür edirəm. Həkimim deyəndə ki, 90 faiz yaşamağa şansım var, çox sevindim. Ürəyim açıldı, gözüm işıqlandı. Fikirləşdim ki, rəbbim biraz möhlət verər ki, qızım Zəhranı birazda böyüdüm. Allahımdan heç nə istəmirəm. Yalnız kiçik möhlət.

Bu gün dərmanlardan asılı qalmışam. Rəbbimin köməyi və Zaurun etdiyi bu yaxşılığı ilə 90 faiz yaşamaq ümüdüm biraz da artdı. Allah min əvəzin versin. Ata, dərmanlarım gəldi. Zaur, saçlarının ağına qurban olum. Sən bu dərmanları almaqla mənə yox, sən bu yaxşılığı qızım Zəhraya edirsən". 

Z.Baxşəliyev "Tünzalə orada iki "flakon"dur. Hərəsi 200 mln. Sənə söz vermişdim. İlk dərmanlarını sənə mən alacağam. Əlim yüngüldür. İnşallah sən sağalacaqsan.

Ardını isə müğənni Şəbnəm Tovuzlu söz verib ki, həmin dərmanları alıb, gətirəcək. Dəyərli dostlarımız da bizə bu işdə yardımçı, dəstək olacaqlar. Sən bizim studiyamıza gələndə sənə söz vermişdim ki, mənə nə desələr, nə etsələr də, haqqımda nə danışsalar da son nəfəsimə kimi sənin yanında olacağam" - sözlərini dilə gətirib.  

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib. Beynində bədxasisəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüa terapiya almasını daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin