“MTV Europe Music Awards”da ən çox mükafatı amerikalı ulduz aldı - FOTO 

Hazırda oxunan: “MTV Europe Music Awards”da ən çox mükafatı amerikalı ulduz aldı - FOTO 

104271

Son on ildə ilk dəfə Almaniyada keçirilən “MTV Avropa Musiqi Mükafatları”nda ən çox mükafatı dünya pop səhnəsinin ulduzu Taylor Svift alıb.  

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, amerikalı ifaçı noyabrın 13-də Düsseldorfda keçirilən MTV Avropa Musiqi Mükafatlarının (MTV EMA) ən çox titul alan ifaçısı olub.  

Pop ulduz “Ən yaxşı pop artisti” və “Ən yaxşı sənətçi”, həmçinin “Ən yaxşı video” və “Ən yaxşı uzun video” mükafatlarını “All Too Well” adlı 10 dəqiqəlik video üçün alıb.

Mükafatların sayına görə Svift mərasimin favoriti - britaniyalı müğənni Harri Staylsı qabaqlayıb. Belə ki,  o, yeddi nominasiya üzrə, Svift isə altı nominasiya üzrə namizəd olub. Bununla belə, sonda Stayls yalnız ən yaxşı canlı ifaya görə mükafat ala bilib.
Mərasimdə David Guetta (“Ən yaxşı əməkdaşlıq” və “Ən yaxşı elektron musiqi”) və Niki Minaj (“Ən yaxşı mahnı” və “Ən yaxşı hip-hop müğənnisi”) də bir neçə mükafata layiq görülüblər.   

“Ən yaxşı alman müğənnisi” nominasiyasında mükafat repçi “Badmómzjay”a verilib.   
Mükafatlandırma mərasimində 2022-ci ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi olmuş Ukraynanın “Kaluş” orkestri qrupu da iştirak edib. Mötəbər mərasimdə qrup musiqi nömrəsi ilə çıxış etsələr də, onlar nominantlar arasında olmayıb.  

Rəşad Əliyev, Bizim.Media









Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin