Rus müğənnisinin dul arvadı oğlundan uşaq dünyaya gətirmək istəyir

Hazırda oxunan: Rus müğənnisinin dul arvadı oğlundan uşaq dünyaya gətirmək istəyir

104250

Bu yay dünyasını dəyişən “Şokoladnıy zayets” mahnısı ilə məşhurlaşan Kamerun əsilli rus müğənnisi Pyer Narsisin dul arvadı Valeriya Kalaçeva uşaq dünyaya gətirmək üçün böyük oğlundan sperma almaq istəyir.  

Bizim.Media xəbər verir ki, bu barədə dul qadın “TNT” kanalında yayımlanan “Psixika döyüşü” şousunun son buraxılışında danışıb. 

Valeriya ərinin ölümündən sonra paranormal hadisələrin onu təqib etməyə başladığını deyib. Mərhumun arvadı şouda ekstrasenslərə müraciət edib ki, seans zamanı əri onun ölümünün əsl səbəbini danışsın. 

Valeriya gürcü öngörücüsü Lina Djebisaşvili ilə açıq danışıb:  

“Lina, oğlu Andreni görmüsən? Andre ilə istəyirik... Spermanı, genetik materialını verəcək. Mən ondan qız istəyirəm. Narsisdən”. 

Amma ekstrasens onun niyyətinə qarşı çıxıb: 

“Sən “ECO” vasitəsilə uşaq istəyirsən? Ehtiyac yoxdur! Ona bu maraqlı deyil “Narsisdən qız” nə deməkdir? Artıq onun bədənindən bir qızın var. Başqa bir qızınız olacaq, amma onun ruhu ilə”. 

Qeyd edək ki, Pyer Narsis kəskin böyrək çatışmazlığından iyunda dünyasını dəyişib. Əməliyyat zamanı süni komaya salınan müğənni ayılmayıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin