Mələkxanım: “Uşaqlar atasına nəsə deyəndə, evdə müharibə qopur” - VİDEO

Hazırda oxunan: Mələkxanım: “Uşaqlar atasına nəsə deyəndə, evdə müharibə qopur” - VİDEO

104245

“Mənim sənətə gəldiyim illər elə bir dövr idi ki, heç kim övladına, fərqi yoxdu qızdı ya oğlandı icazə vermirdilər oxumağa. Çətin sənətdir. Heç kəs baş çıxara bilməz. Bir xanımı heç kim alıb oğluna xanım eləməzdi. Xeyr, ona görə yox ki, bunun başqa səbəbləri var. Bir xanım əgər səhnədədirsə, bu ev üzü görməyəcək. Bütün günü səhnədə, xarici ölkələrdə olacaq. Bu nə vaxt evinə xanımlıq edəcək? Nə vaxt balalarına analıq edəcək. Bax, səbəblər bu idi!”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova qonaq olduğu “Düzünə qalsa” verilişində deyib.  

Xanəndə sənət yolunda həyat yoldaşının qohumlarının rolunun olduğunu dilə gətirib.  

“Həyat yoldaşımla uzaq qohumluq, tanışlıq var idi. Bir-birimizi uşaqlıqdan tanıyırdıq. Biz bir-birin evində olmuşuq. Mənə deyirdi ki, sənin oxumağını sevmişəm. Hərdən deyirəm ki, heç bəlkə də, özümə deyil, sənətimə vurulmusan. Yoldaşımın ailəsi ziyalıdır. Onun əmiləri dövlət işində işləyirdilər. Bəxtim onda gətirdi ki, mənim sənət yolumu onlar işıqlandırdı, hələ orta məktəbdə oxuyurdum. Çox dəstəkləyib, dayaq oldular. Həmişə istəmişəm ki, mənim ailəm olsun, övladlarım olsun və onları layiqli böyüdüm. İfa etməyimə icazə verməsə idi, təbii ki, ailəmi seçəcəkdim.

O da bunu gördü. Sonra mənə dedilər ki, nə biclik etmisən, amma vallah biclik deyildi. O, mənə yaxşı mənada sərbəstlik verdi və mən də bundan istifadə etmədim. İçində bəlkə də qovruldu, qısqandı, öz-özünə deyindi, amma onu mənə bildirmədi. Həmişə də deyir, nə yaxşı ki, səni bu sənətə qoydum, eybi yox özüm əziyyət çəksəm də... Səhnədə həmişə rahat olmuşam.
Düşünməmişəm ki, evə gedəcəm və qanımı qaraldan olacaq. Evə gedəndə məni ağladan olmayacaq ki, nə gülüb-danışırdın. Kimlə oturub-dururdun? Əvvəllər məni xarici ölkələrə səfərə qoymurdu. Sonra kimlə gedib-gəldiyimi də gördü, güvəndi. Bütün bunlar mərhələ-mərhələ baş verdi. Uşaqlar atasına söz deyə bilmirlər. Ölüm-dirim müharibəsi olur. Gülür. Sonra sədd çəkdim, dedim nəbadə sözünüzü ona deyəsiniz, gəlin ancaq mənə deyin. Atalarından çox çəkinirlər”, - deyə M.Əyyubova bildirib.  

Qeyd edək ki, Mələkxanım Əyyubovanın əri, polis polkovniki Xosrov Nəcəfov ötən il vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin