Hissdən ATMACA: "Siz də bu günün uşağı olmusunuz" - VİDEO 

Hazırda oxunan: Hissdən ATMACA: "Siz də bu günün uşağı olmusunuz" - VİDEO 

104198

“Mənim üçün “Avroviziya” önəmli deyil. Özümü o ağırlığın və məsuliyyətin altına salmaq istəmirəm. Çünki xoşuma gəlir ki, rahat olum. Heç kim məndən asılı olmasın. Mənim kimdənsə asılı olmamağım isə yüz faizdir. Öz yolum və "relax". Avroviziya gündəm deyil. İstedadım və beynimin məhsulu, planlarım və yolum varsa, mənə “Avroviziya” lazım deyil. Bakıda kiçik bir studiyada da çıxışlarımı edə bilərəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Hiss” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova qonaq olduğu “Özəl” verilişində deyib.

Kompleksiz olduğunu dilə gətirən sənətçi bildirib ki, həmkarları ilə əlaqəsi yoxdur:  

“Şou-biznes nümayəndələri ilə əlaqəm yoxdur. Kimləsə əlaqəm olacaqsa, onun musiqiçi olaraq sənətimə hər hansı bir qatqısı olmalıdır. Yəni həmin insan gərək beynimdə olsun ki, onunla yaxın olum. Hamı ilə münasibətim əladır. Bilirəm ki, onlar da məni daxillərində istəyirlər. Amma qulağıma çatır ki, “Hiss də oradadır? Mən də oradayam. Bu günün uşağı...” Unutmayın ki, siz də bu günün uşağı olmusunuz.
Söhbətlər hamısı mənə çatır. Komplekslərim yoxdur. Empatik insanam. Düşünürəm ki, bu cür söhbətlər edən insanın hansısa problemləri var ki, belə sözlər danışır. O bunu deyir,  görəsən onun hansı kompleksləri var? Qarşı tərəf mənə nələrsə söylədi, mən də onun cavabını verim kimi hisslərim yoxdur. Aqressiv olmuram”.

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin