Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) oğlu Yusif sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, söz xiridarının övladı bildirib ki, onun "Instagram"dan savayı başqa sosial şəbəkə platformalarında hesabı yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Dağlının barəsində həbs qərarı verildi - YENİLƏNİB - VİDEO
"Mənim "TikTok" hesabım yoxdur. Tək səhifəm "Instagram"da "@Lee.Yusif"di. Xahiş edirəm, belə səhifələr görsəniz stamp edin. Mən nə hayda, bunlar nə hayda", - deyə Yusif paylaşımında yazıb.
Xatırladaq ki, Rəşad Dağlı İsgəndər Mehdiyevə 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəşad Əliyev, Bizim.Media