Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) ailəsinə yardım məqsədilə pul yığılmasına başlanılması ilə bağlı məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı e-huquq.az sənətçinin vəkili Elvin Əliyevlə əlaqə saxlayıb.
Vəkil açıqlamasında bildirib ki, Rəşad Dağlı və ailəsinin sözügedən yardımlarla heç bir əlaqəsi yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Dağlının barəsində həbs qərarı verildi - YENİLƏNİB - VİDEO
"Rəşadla əlaqə saxlayıb bu barədə danışmışam. Onun və ailəsinin yığılan pullarla bağlı heç bir əlaqəsi yoxdur, onlar belə bir təşəbbüs göstərməyiblər. Rəşad onu sevənlərə və həssaslıq göstərənlərə təşəkkür edir. Lakin belə bir yardıma ehtiyacı yoxdur.
Bu pullar qanunsuz şəkildə yığılır. Xahiş edirəm ki, vətəndaşlar belə hallara aldanmasınlar", - deyə E.Əliyev qeyd edib.
Rəşad Əliyev, Bizim.Media