“Həm sənətçi, həm kişi kimi borcumdur deyim. Bir-iki məqalə oxudum, artıq şərhlər yazırlar. Rəşadın balalarına səslənirəm, siz tək deyilsiniz, biz əmiləriniz, dayılarınız yanınızdayıq. Toyunuzda necə yanınızda olduqsa, çətin anda da yanınızdayıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aqşin Fateh qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.
Fateh bir neçə gün əvvəl qonşusu İskəndər Mehdiyevi (meyxanaçı Ələkbər Yasamallının bibisi oğlu – red.) qətlə yetirən meyxanaçı Rəşad Dağlıdan söz açıb.
“Bir insanın malına dəyə, toxuna bilərsən. Bir meyxanaçının şərəf ləyaqətinə, namusuna sözlə toxunsan... Onu qınayanlar var. Biz söz adamlayırıq, sözlə pul qazanırıq. Bizi sözlə əzmək olmaz. Meyxanaçı, şair, sözlə dolanan adama ağır söz demək olmaz. Mən də Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim”.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov qonşusu, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:09 / 12.11.2022
Aqşin Fateh: “Mən də Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim” – VİDEO
Hazırda oxunan: Aqşin Fateh: “Mən də Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim” – VİDEO
Hazırda oxunan: Aqşin Fateh: “Mən də Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim” – VİDEO
103970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.