Ələkbər Yasamallının anası DANIŞDI: "Oğlumun vəziyyəti pisdir" - VİDEO

Hazırda oxunan: Ələkbər Yasamallının anası DANIŞDI: "Oğlumun vəziyyəti pisdir" - VİDEO

103881

Hazırda Almaniyada olan meyxanaçı Ələkbər Yasamallının (Quliyev) səhhətində problem yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə söz xiridarının anası Bacıqız xanım Baku TV-yə müsahibəsində deyib.

Sənətçinin anası bildirib ki, Ələkbər yaxın dostu və həmkarı Rəşad Dağlının bibisi oğlu İskəndər Mehdiyevi öldürməsi xəbərindən sonra vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdirilib.

“Ələkbərə kimsə deyib, çox pis vəziyyətdədir. Orada xəstəxanaya aparıblar, vəziyyəti pisdir. Heç öz övladımla danışa bilmirəm. Kimdən gözləsək də, Rəşaddan gözlməzdik. O, hamımız üçün əziz adam olub”, - deyə Ə.Yasamallının anası Bacıqız xanım qeyd edib.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov qonşusu, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin