Beynində şiş aşkarlanan Toppuş bacı hər kəslə vidalaşıb, halallıq istədi – VİDEO

Hazırda oxunan: Beynində şiş aşkarlanan Toppuş bacı hər kəslə vidalaşıb, halallıq istədi – VİDEO

103740

“Serial çəkilişlərində bir sıra aktyorlarla çalışıram. Bu gün çəkiliş günümüz idi. Dilarədən (Əməkdar artist Dilarə Əliyeva – red.) xahiş etdim ki, burax mən gedim. Atamla vidalaşım və onun halallığını alım (ağlayır). Deyim ki, ay ata mənə halallıq ver, gedirəm kimyaterapiyaya”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” ictimai-sosial verilişində deyib. 

Beynində bədxasisəli şiş aşkarlanan sənətçi atasından halallıq almaq üçün ata yurdu Gəncə şəhərinə gedib. 

Canlı bağlantı ilə verilişə qoşulan aktrisa vəziyyətinin ağır olduğunu dilə gətirib. 

Atası və yaxın qohumları ilə bir araya gələn Tünzalə kövrələrək, göz yaşı axıdıb. Nəfəs almasında ciddi problemlərin yarandığını söyləyən aktrisa, ona bu günə kimi yardım edən şəxslərdən efir vasitəsi ilə halallıq istəyib. 

“Bəlkə gələn dəfə gələndə sağ gələcəyəm. Bilmirəm. Amma bu gün üçün... (ağlayır) çarəsizəm.

Ona görə çarəsizəm ki, əlimdən heç nə gəlmir. Həkim deyiləm, tibbin gücü çatmır. Həkimlər bilir xəstəliyimin dördüncü dərəcəsi nədir?

Allahımdan çox razıyam. Yaxşı ki, bu xəstəliyi atama, qızıma, bacılarıma yox, mənə verdi. Bu xəstəliyi çəkə bilən mənəm. Heç kimdən heç nə istəmirəm. Nəfəs almağım çox pisləşib. Ağrılarım var. Törəmələr çoxalıb. Ona görə bu vəziyyətdəyəm. 

10 dəfə şüa alacağam. Ondan sonra MRT-nin cavabına əsasən qərarlar qəbul ediləcək. Kimin üstümdə haqqı varsa, hamıdan halallıq istəyirəm. Heç kimdən pul istəmirəm.

Evim satışa çıxarılıb. Mənə kömək edilməsə də, Zaurun, sənət dostlarımın və xalqımın köməyi ilə aldığım ev kömək edəcək”, - deyə T.Əliyeva bildirib. 

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin